Accessibility links

Mətanət Əzizova Azərbaycanda insan alveri problemindən danışır


Mətanət Əzizova Azərbaycanda insan alveri problemindən danışır
Mətanət Əzizova Azərbaycanda insan alveri problemindən danışır

ABŞ Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatı açıqlanıb. Azərbaycanda bununla bağlı vəziyyət barədə Mətanət Əzizovanın dedikləri ilə sizi tanış edirik.

Dünən Birləşmiş Ştatlar Dövlət Departamentinin insan alveri ilə bağlı illik hesabatı açıqlandı. Mətanət Əzizova Azərbaycanda insan alveri problemi ilə bağlı Amerikanın Səsinə müsahibə verib.

Hələ də dünyanın bir çox ölkəsində insan alveri, xüsusən də qadın alveri böyük problem olaraq qalmaqda davam edir. Bəs Azərbaycanda bu problemlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz sualının cavabında Mətamət xanım ölkədə hələ də bu problemin qaldığını, keçən illə müqayisədə insan alverinə məruz qalan insanlarının sayının o qədər də atmadığını desə də, ölkələrin sayının artdığını dedi.

Hüsabatda Azərbaycanda Azərbaycanda problem üç tərəfli olduğu, yəni həm Azərbaycandan insanların başqa ölkələrə aparıldığı, həm azərbaycandan tranzit ölkə kimi istifadə edildiyi, həm də başqa ölkələrdən qurbanların Azərbaycana gətirildiyi deyilir. Mətanət Əzizova bunun doğru olduğunu, Azərbaycandan olduğu kimi, Azərbaycana da Özbəkistandan, Rusiyadan, Ukraynadan və başqa ölkələrdən insanların gətirildiyini bildirdi.

O, insan alverinin də natkotik qaçaqmalçılığı kimi qarşısının alınmasının çox çətin olduğunu və bunun mütəşəkkil cinayətkar qruplar tərəfindən həyata keçirildiyini dedi.

İnsan alverinin qarşısının tam alınması mümükün olmasa da, bu yolda Azərbaycan hökumətinin, qeyri-hökumət təşkilatlarının hansı addımlar atdığı barədə sualın cavabında Mətanət Əzizova ailə zorakılıqlarına son qoyulmalı, korrupsiya halları davam etdiyinə görə qadınların hüquqlrının pozulduğunu dedi. O, beynəlxalq təşkilatların bəzən bu sahədə iş aparan qeyri-hökumət təşkilatlarına mane olduğunu, hökumətin də bu sahədə lazımi qədər iş aparmadığını bildirdi.

XS
SM
MD
LG