Accessibility links

Human Rights Watch: Azərbaycan Avropa Şurasının islahat çağırışına məhəl qoymalıdır


Azərbaycan rəhbərliyi Avropanın ən qabaqcıl insan haqları qurumunun aydın mesajını dinləməli və ona uyğun addımlar atmalıdır, deyə Human Rights Watch təşkilatı bəyan edib.

Nyu Yorkda qərargahlanan təşkilat Avropa Şurası Parlament Assambleyasının (AŞPA) –nın 23 yanvarda Strasburqda qəbul etdiyi qətnaməyə istinad edib. Həmin qətnamə Azərbaycanla bağlı bir sıra ciddi narahatlıqları sadalayır və Azərbaycan hökumətini “vaxtı çoxdan ötümüş” islahatları qəbul etməyə çağırır.
Assambleya aydn etdi ki, Azərbaycanın göstəriciləri nə dərəcədə narahatedici və qəbuledilməzdir.

“Assambleya aydın etdi ki, Azərbaycanın göstəriciləri nə dərəcədə narahatedici və qəbuledilməzdir,” deyə Human Rights Watch-un Cənubi Qafqaz üzrə eksperti Giorgi Qogiya bildirir “İndi assambleyanın mühüm hesab etdiyi məsələlərdə addımlar atmağın yükü Azərbaycanın üzərinə düşür. Eyni zamanda Azərbaycanın beynəlxalq tərəfdaşları aydın etməlidirlər ki, onların bu ölkə ilə uğurlu münasibətlərin davamı atılacaq addımlardan asılı olacaq.”
Giorgi Qogia
Giorgi Qogia

Human Rights Watch AŞPA-nın Azərbaycanda siyasi məhbuslarla bağlı ikinci qətnaməni qəbul etməməsini “dərin məyusluq hissi” ilə qarşılayıb və bunu Azərbaycan hökumətinin aqressiv müdaxiləsi ilə izah edib.

Qurum hesab edir ki, Azərbaycan uzun müddət siyasi səbəblərə görə qisas almaq üçün cinayət məcəlləsinə əl atıb.

AŞPA-da 47 ölkədən 636 nümayəndə təmsil olunur. Azərbaycan bu quruma 2001-ci ildə üzv qəbul edilib.

“Avropa Şurasına qəbul edilməsindən 12 il ötməsinə baxmayaraq Azərbaycan nəinki öhdəliklərinə əməl etməyib, qurumun siyasi məhbuslarla fəaliyyətinə əngəl törətmək üçün aqressiv kampaniya aparıb,” deyə Qogiya bildirir. “Amma hökumətin bu aqressiv davranışı faktları dəyişə bilməz.”
Avropa Şurasına qəbul edilməsindən 12 il ötməsinə baxmayaraq Azərbaycan nəinki öhdəliklərinə əməl etməyib, qurumun siyasi məhbuslarla fəaliyyətinə əngəl törətmək üçün aqressiv kampaniya aparıb

Üç ildir ki, Azərbaycan hökuməti assambleyanın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasseri ölkəyə buraxmaqdan boyun qaçırır. Bunun nəticəsi olaraq cənab Ştrasser məruzəni Azərbaycana getmədən hazırlamağa məcbur olub.

AŞPA-nın Azərbaycana bağlı qəbul etdiyi qətnamədə ölkədə keçirilən seçkilərin beynəlxalq standartlara cavab verməməsi, müstəqil məhkəmənin olmaması, işgəncə və pis rəftarın davam etməsi, jurnalistlərə və fəallara qarşı qondarma cinayət ittihamlarının irəli sürülməsi qeyd olunur.
XS
SM
MD
LG