Accessibility links

70 ölkədən 800 iştirakçısı olan forumun gündəliyinə qloballaşma reallıqları nəzərə alınmaqla, 21-ci əsrin humanitar problemləri daxildir

Oktyabrın 31-də Azərbaycanın paytaxtında Rusiya və Azərbaycan prezidentlərinin həmsədrliyi ilə 3-cü Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb.

Heydər Əliyev Mərkəzində keçirilən iki günlük forumun açılış mərasimində prezident İlham Əliyev çıxış edib. O, forumda aparılacaq müzakirələrin beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə olacağından əminliyini ifadə edib.

Prezident Vladimir Putin də forum iştirakçılarına ünvanladığı məktubunda maraqlı və faydalı müzakirələrin, yeni ideya və təşəbbüslərin real işlərdə və layihələrdə təcrübi təcəssümünü tapacağından, xalqlar arasında etibarın, qarşılıqlı anlaşmanın və yaxşı qonşuluğun möhkəmlənməsinə şərait yaradacağından əminliyini ifadə edib.

70 ölkədən 800 iştirakçısı olan forumun gündəliyinə qloballaşma reallıqları nəzərə alınmaqla, 21-ci əsrin humanitar problemləri daxildir. Texnologiyaların konvergensiyası və gələcəyin çizilməsi, iqtisadi inkişafın humanitar aspektləri, multikultiralizm və özünəməxsusluq, postmodern dövründə milli kimlik mövzularında səkkiz “dəyirmi masa” keçirilməsi planlaşdırılır.

Əvvəlki iki forum 2010 və 2012-ci illərdə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilib.
XS
SM
MD
LG