Accessibility links

Macarıstanın baş naziri Viktor Orban İnternet istifadəsinə vergi tətbiq edilməsi ilə bağlı planların dayandırıldığını və gələn il nəzərdən keçiriləcəyini bildirib. Cənab Orban bu gün deyib ki, insanlar belə bir addımın səmərəliliyini sual altına alır.

İnternet istifadəsinə vergi qoyulması planlarına qarşı olan on minlərlə insan bu həftə iki dəfə küçələrə çıxaraq etirazlarını bildirib.

Cənab Orbanın dediyinə görə, bu planla bağlı milli müşavirə gələn ilin yanvar ayında keçiriləcək.

Tənqidçilər baş nazirin İnternetə vergi qoymasının səbəbinin ölkədə fikir ayrılığının azad ifadəsinə son qoymaq məqsədi daşıdığını deyirlər.

XS
SM
MD
LG