Accessibility links

Macarıstan hökuməti xarici univertsitet qaydalarını sərtləşdirir


Birləşmiş Ştatlar milyarderi Corc Sorosun təsis etdiyi universitetin bağlanacağına dair qanuna etiraz olaraq, bazar günü minlərlə macar paytaxt Budapeştin küçələrinə çıxıb.

Baş nazir Viktor Orban hökumətinin Macarıstanda və ölkədən kənardakı xarici universitetlərdə qaydaları sərtləşdirmələ bağlı qanun layihəsinə qarşı son zamanlar etirazlar vüsət alıb.

Təklif olunan yeni qanuna əsasən Avropa İttifaqına üzv olmayan ölkələrin ali təhsil ocaqlarının Macarıstan hökuməti ilə razılıq olmadan macarlara diplom verməsi qadağan edilir.

1991-ci ildə Soros tərəfindən təsis edilən Mərkəzi Avropa Universitetinin bildirdiyinə görə, yeni qanun layihəsi bu universitetin ölkədən xaric edilməsinə yönəlib. Belə ki, bu kimi universitetlər öz ölkələrində fəaliyyət göstərməlidir.

17 Nobel mükafatı laureatı və 500-dən çox aparıcı beynəlxalq alim də daxil edilməklə, Macarıstan alimləri və tədris ocaqları Mərkəzi Avropa Universitetinin ölkədə qabaqcıl tədris ocağı olduğunu deyərək, onun bağlanmasına qarşı çıxıb.

XS
SM
MD
LG