Accessibility links

Hüqo Çaves vətəninə qayıtdı


Hüqo Çaves vətəninə qayıtdı
Hüqo Çaves vətəninə qayıtdı

Venesuela prezidenti Hüqo Çaves Kubada xərçəng əməliyyatından sonra vətəninə qayıdıb.

Cənab Çaves Venesuelanın müstəqilliyini elan etməsinin 200 illiyinin qeyd olunmasından bir gün öncə ölkəyə geri dönüb.

Dünən isə Kuba hökumətinin vebsaytı xərçəng əməliyyatından sonra Havanada müalicə olunan Hüqo Çavesin video-görüntülərini yayımlayıb.

Cubadebate.cu səhifəsində yerləşdirilən dörd dəqiqəlik video cənab Çavesin həyətdə gəzdiyini, qızları Roza və Mariya Qabriela da daxil olmaqla bir neçə nəfərlə söhbət etdiyini göstərir. Onun ziyarətçiləri arasında Venesuela xarici işlər naziri Nikolas Maduro da olub.

XS
SM
MD
LG