Accessibility links

Hüqo Çavez müalicə aldığı Kubadan vətəninə dönür


Venesuela prezidenti Hüqo Çavez cümə axşamı günü Kubadan evinə dönəcəyini deyib. O, Havanada xərçəng xəstəliyindən müalicə alarkən az qala öləcəyi və ya öldüyü barədə söz-söhbətə gülüb. Həmişəkindən uzun sürən sükut 57 yaşlı sosialist liderin səhhətilə bağlı şayiələrin artmasına səbəb olub. Hüqo Çavez oktyabr ayında keçiriləcək seçkilərdə qalib gələrək növbəti altı ili prezident vəzifəsində qalmağı nəzərdə tutub. Radiasiya terapiyası sesiyalarının çətin keçdiyini etraf edən cənab Çavez proses zamanı hər-hansısa ağırlaşmanı inkar edib və deyib ki, bu cür şayiələr burjua strateqiyasıdır. O, əvvəlcə radiasiya terapiyasının sonuncu olduğunu deyib, lakin bu yaxınlarda növbəti müalicə üçün Kubaya dönəcəyini bildirib.

XS
SM
MD
LG