Accessibility links

Huqo Çavez yenidən kemoterapiya qəbul edəcək

  • Amerikanın səsi

Huqo Çavez yenidən kemoterapiya qəbul edəcək

Huqo Çavez yenidən kemoterapiya qəbul edəcək

Venesuela prezidenti Huqo Çavez öz ölkəsində üçüncü dəfə kemoterapiya müalicəsi alacaq.

Əvvəllər kemoterapiya üçün Kubaya getmiş cənab Çavez şənbə günü televiziya ilə xalqa müraciətində planları haqda açıqlama verib.

Həkimlər iyun ayında sosialist liderin bədənindən xərçəng şişi çıxarmışdılar. Prezident Çavez həmin prosedurdan sonra müalicə üçün iki dəfə Havanaya getdi.

Cənab Çavez xərçəng xəstəliyinə qalib gələcəyini və 2012-ci ildə prezident seçkilərində iştirak edəcəyini bəyan edib. Venesuela lideri artq 12 ildir ki, hakimiyyətdədir.

XS
SM
MD
LG