Accessibility links

Hüqo Çavez vətəninə qayıdıb


Venesuela prezidenti Hüqo Çavez Kubada xərcəng müalicəsindən sonra vətəninə qayıdıb.

Cənab Çavez gətirən təyyarə bu gün səhər saatlarında Karakasda yerə enib.

Ölkədə olmadığı müddətdə o, qeyri-müəyyən xərcəng xəstəliyi ilə bağlı radiasiya müalicəsi alıb. Bu həftənin əvvəli cənab Çavez telefon vasitəsilə verdiyi canlı televiziya müsahibəsi ilə onun Havanada müalicə olunduğu zaman ölməsi barədə yayılan şayiələrə son qoymuşdu.

Telefon müsahibəsi ölkədə onunla bağlı olan bir həftəlik sükutu pozub. Bu bir həftə ərzində o, yalnız ya Twitter vasitəsilə qısa mesajlar göndərir, ya da yazılı bəyanatlarla çıxış edirdi.

XS
SM
MD
LG