Accessibility links

Huqo Çavezin partiyası parlamentdə həlledici çoxluq əldə edə bilmədi


Huqo Çavezin partiyası parlamentdə həlledici çoxluq əldə edə bilmədi

Huqo Çavezin partiyası parlamentdə həlledici çoxluq əldə edə bilmədi

Venesuelanın seçki rəsmiləri bildirir ki, prezident Huqo Çavezin hakim Sosialist Partiyası bazar günü səsverməsində parlamentə yerlərin çoxluğunu əldə edib.Lakin qazanılan yerlər qanunlar qəbul etmək üçün tələb olunan üçdə ikidən azdır.Milli Seçki Şurasının rəsmiləri deyir ki, Çavezin partiyası 165 yerdən 90-nı əldə edib.Müxalifət koalisiyası isə yerlərin azı 59-nu qazanıb.Rəsmilər qalan yerlərin üçüncü partiyaya verildiyini bildirirlər. Nəticələr müxalifətə prezident Çavezin qəbul etdirmək istədiyi qanunların qarşısını almağa imkan verir. Bu səsvermə bir çox müşahidəçilər tərəfindən 2012-ci il prezident seçkiləri ərəfəsində Huqo Çavezin idarəçiliyi üzərində referendum kimi qiymətləndirilir.

XS
SM
MD
LG