Accessibility links

Venesuela prezidenti Uqo Çavesin siyasi irsi [Video]


Venesuela prezidenti Uqo Çavesin siyasi irsi
please wait

No media source currently available

0:00 0:04:00 0:00

Venesuela prezidenti Uqo Çavesin siyasi irsi


Xaricdə münaqişəli dövlət başçısı kim tanınan Çaves tərəfdarlarının xatirində milli lider kimi qalacaq. Venesuela prezidenti kimi hakimiyyətə 1999-cu ildə gələn Uqo Çavez onların maraqlarını müdafiə etdiyinə görə ölkənin yoxsul təbəqələri tərəfindən alqışlanırdı. Lakin Çeves siyasi arenaya 1992-ci ildə hərbçi olduğu vaxt gəlmişdi. O zaman dövlət çevrilişinə cəhd göstərən dəstəyə başçılıq edən Çavez həbs edilmişdi. Azad edildikdən sonra isə o, liderliyi qanuni şəkildə davam etdirmiş və 1998-ci ildə prezidentliyə namizədliyini irəli sürüb və qalib gələ bilmişdi.

“Mən xalqım qarşısında bu ölməkdə olan konstitusiyaya and içirəm ki, ölkədə demokratik dəyişikliklər edəcəm.” deyə, o bildirmişdi.

Lakin təhlilçilər president Çavezin avtoritar hökumətinin Venesuelanı getdikcə qeyri-demokratik bir ölkəyə çevirdiyini deyirlər. Politoloq Luis Visent Lion:
“Biz yoxsul sinifin nəyə ehtiyacı olduğunu aşkar etdik, onların problemlərinin nədən ibarət olduğunu öyrəndik. Ən vacib məsələ Venesuelada demokratiyanın çox zəif olmasıdır.”

Uqo Çaves seçkilərdən və referendumlardan gücünün artması və prezident müddətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması üçün istifadə etmişdi.

2012-ci ildə prezident seçkiləri zamanı cənab Çaves 54 faiz səslə 4-cü dönəm president seçildi və bu da ona socialist ideologiyasını davam etdirmək üçün mandat vermiş oldu. Qələbədən sonra cənab Çaves bunları demişdi: “Ölkə siyasi proqramın, iqtisadi və social proqramların davamına, yəni socialist ideologiyasının davamına səs verdi.”

Uqo Çaves Birləşmiş Ştatları öz tənqidləri ilə qıcıqlandırırdı. 2006-cı ildə BMT-də çıxışı zamanı cənab Çaves o zaman ABŞ prezidenti olan Corc Buşun iblis olduğunu demişdi. “Dünən burada, mənim nitq söylədiyim yerdə iblis olub. Bu kürsüdən hələ də kükürd iyi gəlir.”

İran prezidenti Mahmud Əhmədinejad, Kuba lideri Fidel Kastro, Liviya lidreri Muəmmar Qəzzafi kimi cənab Çaves də Birləşmiş Ştatlara antaqonist münasibət bəsləyirdi.

Vaşinqtondakı İnter-Amerika Dialoq mərkəzindən təhlilçi Maykl Şifter deyir ki, Venesuela prezidentinin sosialist siyasəti ölkənin uzun müddətli iqtisadi inkişafına mənfi təsir götərmiş və Venesuelada zorakı cinayətlərin artmasına səbəb olmuşdur. Lakin təhlilçi Çaves tərəfdarlarının onu xalqın müdafiəçisi, Venesuelanın zəngin neft ethiyatlarından yoxsulların həyatını yaxşılaşdırmaq üçün istifadə edən bir lider kimi yadda saxlayacağını bildirir. “Xarizması olan, venesuelalıları özünün ardınca apara bilən Çavesə bənzər heç kim yoxdur. Çaves bir şəxsiyyət kimi yaddaşlardan silinməyəcək. Bu da xalq hərəkatına yardım edəcək.”

Hətta Çavesi sevməyənlər belə onun həddən artıq xarizmaya malik olduğunu deyirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG