Accessibility links

İntiqam Əliyev İlin Hüquq Müdafiəçisi mükafatına layiq görülüb


İntiqam Əliyev
İntiqam Əliyev

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyevi Civil Rights Defenders təşkilatı İlin Hüquq Müdafiəçisi mükafatına layiq görülüb.

Mükafat aprelin 7-də Stokholmda, hüquq müdafiəçisinin ölkədən çıxma qadağası olduğuna görə onun oğlu Nəcmin Kmailsoya təqdim olunub.

Bu haqda bilgini N.Kamilsoy özünün facebook səhifəsində və Civil Rights Defenders təşkilatı öz saytında yayıb.

Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunmuşdu.

Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin hökmü qüvvədə saxlamışdı. Sonradan Ali Məhkəmə Baş Prokurorluğun protesti əsasında hüquq müdafiəçisini şərti azadlığa buraxmışdı.

İntiqam Əliyev bütün ittihamları rədd edirdi. İnsan haqlarının müdafiəsi kimi gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG