Accessibility links

Fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya olunan bloger Aleksandr Lapşin Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Aleksandr Lapşinlə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İsrail, Rusiya, Ukrayna vətəndaşı olan Aleksandr Lapşin 2011 və 2012-ci illərdə Azərbaycanın ermənilərin nəzarətindəı olan ərazilərinə səfərlər edib və oradakı rejimlə bağlı yazılar, statuslar yazıb. O, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə qarşı bloqlar yazlb. Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşin barədə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və onun barəsində axtarış elan edib. Lapşin Belarusda saxlanılıb. Belarus prokurorluğu Azərbaycanın ekstradisiya tələbini haqlı sayıb. Blogerin vəkili Belorus prokurorluğunun qərarından Minsk şəhər Məhkəməsinə şikayət edib. Minsk şəhər Məhkəməsi prokurorluğun qərarını qüvvədə saxlayıb. Bu qərardan şikayəti Belorus Ali Məhkəməsi də təmin etməyib. Beləliklə, fevralın 7-də axşam saatlarında Aleksandr Lapşin Azərbaycana ekstradisiya olunub. Onu Bakıya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları gətirib.

XS
SM
MD
LG