Accessibility links

Avropada hüquq müdafiəçiləri qənaətbəxş durumdan uzaqdır


Maylis Reps
Maylis Reps

AŞPA-nın qətnaməsində deyilir ki, bəzi dövlətlərdə hüquq müdafiəçilərinə qarşı “düşmənçilik”, “satqınlıq”, “casusluq”, “ekstremizm” və başqa ittihamları irəli sürülür

AŞPA-nın qətnaməsində deyilir ki, bəzi dövlətlərdə hüquq müdafiəçilərinə qarşı “düşmənçilik”, “satqınlıq”, “casusluq”, “ekstremizm” və başqa ittihamları irəli sürülür.
Avropada hüquq müdafiəçilərinin vəziyyəti qənaətbəxş durumdan çox uzaqdır. Bəzi Avropa Şurası ölkələrində hüquq müdafiəçiləri qətldən tutmuş işgəncələr və oğurlanmaya qədər ağır cinayətlərin qurbanı olur. Bu barədə dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi “Avropada hüquq müdafiəçilərinin vəziyyəti” adlı qətnamədə deyilir. Sənəd estoniyalı deputat xanım Maylis Repsin hesabatına əsasən hazırlanıb.
“AŞ üzvü olan bəzi ölkələrdə hüquq müdafiəçiləri tez-tez özbaşına məhkəmələrin, inzibati və ya vergi təqiblərinin, dövlətin və ya qeyri-dövlət strukturunun təşəbbüsü ilə böhtan kampaniyalarının qurbanı olurlar. Hüquq müdafiəçiləri qorxudulur, təhdidlərə məruz qalır”, - xanım Reps vurğulayıb.
O, hüquq müdafiəçilərinə qarşı “düşmənçilik”, “satqınlıq”, “casusluq”, “ekstremizm”, “pul müqabilində xarici dövlətlərə yardım göstərmək” kimi ittihamların şamil edildiyini qeyd edib.
Hüquq müdafiəçilərinə təzyiqlərin göstərildiyi ölkələr sırasında Rusiya, Ukrayna, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ermənistan, Gürcüstan və Azərbaycan da var.
Daşqından zərər çəkən əhalinin hüquqlarını müdafiə etdiyinə görə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev cinayət təqibinə məruz qalıb.
Bundan əlavə, milli və xarici QHT-lərin fəaliyyətinə maneələrin olduğu bildirilir, əsasən bəzi qurumların dövlət qeydiyyatından imtina edilməsi qeyd olunur.
Belə ki, 2011-ci il ilin martında Norveç “İnsan Haqları Evi”nin yerli şöbəsinin fəaliyyəti yeni qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar qeydiyyatın vacibliyi bəhanəsi ilə dayandırılıb. Lakin, Ədliyyə Nazirliyi xarici QHT-nin qeydiyyatı üçün onunla saziş başlamaqdan ötrü qanunvericiliklə tələb olunan şərtləri imzalamaqdan yayınır.
Sənəddə qeyd olunur ki, Venesiya Komissiyası QHT haqqında yeni qanunvericiliyin “demokratiya və insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olmadığını” bildirib.
Belə ki, xarici QHT-lərin əməl etməli olduqları “milli- mənəvi dəyərlər”, “siyasi və ya dini təbliğatda iştirak etməmə” anlamlarının qeyri-müəyyənliyi qeyd olunur. Bu qeyri-müəyyənlikdən QHT-nin fəaliyyətinin məhdudlaşdırılması üçün istifadə edilə bilər.
Sənəddə 2011-ci il avqustun 11-də məhkəmə qərarı olmadan Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də göstərilib.
Azərbaycanda söz və toplaşma azadlığının pozulması, jurnalistlərin, gənc fəalların təqib olunmasından narahatlıq ifadə olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Avropa demokratik qrupu” fraksiyasından çıxış edərək hesabatı müsbət qiymətləndirib.
Onun fikrincə, “müəllif insan hüquqları, hüquq müdafiəçiləri, QHT-lərlə bağlı problemləri dəqiq göstərir. Bu, təkcə bir ölkəyə deyil, bütün Avropa ölkələrinə xasdır”.
Odur ki, “Avropa Şurası bütün ölkələrdə insan haqlarını təsdiqləməlidir və bundan siyasi məqsədlər üçün istifadə etməməlidir”
Lakin digər azərbaycanlı deputat Rafael Hüseynov sənədi ziddiyyətli adlandırıb. O, Azərbaycan hakimiyyətinin hüquq müdafiəçilərini dəstəkləməməsi barədə fikirlərlə razı olmadığını bildirib.
R.Hüseynova görə, hökumət hüquq müdafiəçiləri ilə əməkdaşlıq edir. Norveç “İnsan Haqları Evi”nə gəlincə, bu təşkilat qanunvericiliyə uyğun olaraq Ədliyyə Nazirliyi ilə saziş imzalamalıdır.
“Və yaxud deyildi ki, QHT-nin binası buldozerlə dağıdılıb. Bu, müasir kompleksin inşası ilə bağlı olub. Köhnə binalar dağıdılıb, sakinlər kompensasiya alıb. Bəlkə kimsə narazı qalıb, kimsə varlanmaq istəyir, ancaq bu, tamamilə qəbuledilməzdir və təbliğ etmək düzgün deyil”, - R.Hüseynov vurğulayıb.
Müzakirələr zamanı Rusiyada vəziyyət tənqid olunub, əsasən Şimali Qafqazda son illər vətəndaş cəmiyyəti fəalları və jurnalistlərə qarşı qətl hadisələri törədilib.
Qətnamədə AŞ ölkələri hökumətləri başqalarının müdafiəsi ilə məşğul olan şəxslərin hüquqlarının müdafiəsinə zəmanət verməyə, hüquq müdafiəçilərinə təzyiqləri əsaslandırmaq qanunvericiliyi təfsir etməməyə çağırılır.
Həmçinin sənəddə AŞPA-nın hüquq müdafiəçiləri üzrə xüsusi məruzəçisi institutunun təsis edilməsinin vacibliyi qeyd olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG