Accessibility links

Mayls Reps: Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti kəskin pisləşib


AŞPA-da “Maqnitski qətnaməsi” üzrə Rusiyanı yalnız Azərbaycan dəstəkləyib

AŞPA-da “Maqnitski qətnaməsi” üzrə Rusiyanı yalnız Azərbaycan dəstəkləyib

AŞPA məruzəçisi bəyanatla çıxış edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) AŞ-ya üzv ölkələrdə hüquq müdafiəçilərinin müdafiəsi üzrə məruzəçisi, Estoniyalı parlamentinin üzvü Maylis Reps Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyətinin pisləşməsi ilə əlaqədar narahatlığını bildirib.

“2013-cü ilin noyabrında bu ölkəyə son səfərimdən ötən müddət ərzində Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti kəskin şəkildə pisləşib”, deyə Repsin iyunun 20-də AŞPA saytında yerləşdirilmiş bəyanatında bildirilir.

“Əsas azadlıqlar daim pozulur və bunun Azərbaycanın Avropa Şurasının – demokratiya, insan hüquqları və qanunun aliliyinə əsaslanan təşkilatın Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda baş verməsi dəhşətlidir”, deyə AŞPA məruzəçisi qeyd edir.

Reps fəalların, jurnalistlərin və blogerlərin təqibi ilə bağlı narahatlığını bildirib. “Hüquq müdafiəçilərinə, digər vətəndaş fəallarına və blogerlərə qarşı əsassız həbslər, saxta ittihamlar üzrə ədalətsiz məhkəmə çəkişmələri və hətta həbsdə işgəncə kimi müxtəlif qorxutma tədbirlərinin görülməsindən çox narahatam. Bu tədbirlərin bəziləri bizim uzun müddətdir tərəfdaşlarımız olan şəxslərə yönəlib”, deyə Reps davam edir.

Bu zaman o, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı təzyiqi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin, SMDTM-nin icraçı direktoru Bəşir Süleymanlının, AŞ Bakı Siyasi Araşdırmalar Məktəbinin direktoru İlqar Məmmədovun saxta və siyasi motivli ittihamlarla həbsini xüsusi qeyd edir.

Bundan başqa, bəyanatda deyilir ki, insan hüquqları məsələləri üzrə işləyən QHT-lər qeydiyyat və ya maliyyə alınmasında ciddi çətinliklərlə üzləşirlər. “Vətəndaş cəmiyyətinə bu fasiləsiz hücumlar və əsas dəyərlərin davamlı şəkildə pozulması qəbuledilməzdir”, deyə Reps qeyd edib.

O, Azərbaycan hakimiyyətini İlqar Məmmədov, Anar Məmmədli, Bəşir Süleymanlı və bir çox digər “vicdan məhbuslarını” dərhal azad etməyə çağırıb.

Show comments

XS
SM
MD
LG