Accessibility links

“Bütün hüquq müdafiəçiləri, o cümlədən Leyla Yunus azad edilsin”


Leyla Yunus

Leyla Yunus

Işgəncələrə qarşı Ümumdünya Təşkilatı və İnsan Hüquqları Naminə Beynəlxalq Federasiya bəyanatla çıxış edib

Işgəncələrə qarşı Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları Naminə Beynəlxalq Federasiya (FIDH) həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı bəyanatla çıxış edib və Azərbaycan hökumətindən vəziyyətə təcili müdaxilə etməyi tələb edib.

Sənəddə deyilir:

“Təcili olaraq insan hüquqları müdafiəçisi Leyla və Arif Yunusların bütün hallarda fiziki və psixoloji toxunulmazlığı təmin edilsin.

Leyla Yunusun kamerasının dəyişdirilməsi, ona hücumla bağlı şəffaf hərtərəfli təhqiqat aparılması, günahkara qarşı qanunla nəzərdə tutulmuş sanksiyalar tətbiq edilməsi, Yunusların dərmanla, xəstəxana və təcili adekvat tibbi yardım göstərilməsi, onların, digər insan hüquqları fəaliyyəti ilə məşğul olan hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsi təmin edilsin.

Azərbaycanda bütün insan hüquqları müdafiəçilərinə qarşı, o cümlədən xanım Leyla Yunus, cənab Arif Yunusa qarşı məhkəmə və istintaq səviyyələrində hər bir təcavüzə son qoyunlsun”.

Hər iki təşkilat bəyanatlarında 9 dekabr 1998-ci il, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən İnsan Hüquqları Müdafiəçilərinə dair BMT bəyannaməsinin müddəalarına istinad edib.

XS
SM
MD
LG