Accessibility links

Novella Cəfəroğlu: Azərbaycan siyasi iradə nümayiş etdirib bütün siyasi məhbusları azad etməlidir (audio)


Hüquq müdafiəçisi Novella Cəfəroğlu
Hüquq müdafiəçisi Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Fransada keçmiş rektor Elşad Abdullayevlə görüşüb. E.Abdullayev 9 il ərzində bütün görüşlərini gizli yollalə videoya çəkib

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın siyasi məhbus problemini həll edəcəyinə inandığını bildirib.

Novella Cəfəroğlu ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:55 0:00
Direct link

Onun fikrincə, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında siyasi məhbus anlayışını əhatə edən meyarların qəbul edilməsi önəmli hadisədir.

Siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçi Kristofer Ştrasserin hesabatı ilə qəbul edilən meyarlar Avropa Şurasına bütün üzv dövlətləri əhatə edir.

“Bu baxış daha ədalətlidir, çünki siyasi məhbus təkcə Azərbaycanda yox, AŞ üzvü olan bütün dövlətlərdə var və bütün siyasi məhbuslar azad edilməlidir”.

K.Ştrasser siyasi məhbus məsələsinin çox dövlətləri əhatə etdiyi üçün məsələ ilə bağlı xüsusi qrup və qurum yaradılmasını təklif edib.

Hüquq müdafiəçisi hakimiyyəti 2013-cü ilin yanvarınadək ölkədəki bütün siyasi məhbusları azad etməyə çağırıb. AŞPA-nın 2013-cü il yanvar sessiyasında Azərbaycanda siyasi məhbus üzrə məruzə müzakirə ediləcək.

“Hüquq müdafiəçiləri bu problemi Azərbaycanda məruzəçi Kristofer Ştrasserlə birgə müzakirə etmək istəyir. Ümid edirik ki, ilk öncə məruzəçi ölkəyə buraxılacaq. İkincisi hakimiyyəti bütün siyasi məhbuları həbsdən azad edib problemin həlli üçün addımlar atmağa çağırırıq. Ümid edirik ki, hazırkı siyasi rəhbərlik eks-prezident Heydər Əliyev kimi siyasi iradə nümayiş etdirərək siyasi məhbusları azad edəcək.“

Yaydığı videolarla son günlər Azərbaycanın ictimai rəyində yer alan keçmiş rektor Elşad Abdullayev Strasburqda hüquq müdafiəçiləri ilə görüşüb. E.Abdullayev 2003-cü ildə qardaşının oğurlanmasının araşdırılmasında hüquq müdafiəçilərinin yardımçı olmalarını istəyib. Hüquq müdafiəçiləri bu işin araşdırılması üçün respublika prokurorluğuna müraciət edəcəkləri vədi verib.

Elşad Abdullayev söhbət zamanı son 9 ildə qardaşının oğurlanması ilə bağlı apardığı danışıqları gizli olaraq videoya köçürdüyün bildirib.
XS
SM
MD
LG