Accessibility links

Səid Fərzizadə mürtədlikdə günahlandırılan qardaşının durumundan danışır [Audio]


Hüsaməddin Fərzizadə

Hüsaməddin Fərzizadə

Ərdəbil vilayətində Meşkin şəhərinin cəza məhkəməsi ötən fevral ayında gənc araşdırmaçı Hüsaməddin Fərzizadəni İslam dini və Şiə məzhəbi ilə bağlı yazdıqları üçün mürtədlikdə günahlandıraraq edam cəzasına məhkum edib. Məhkumun qardaşı Səid Fərzizadə Amerikanın Səsi ilə söhbətdə qardaşının mühakimə prosesinin anladıb. Onun sözlərinə görə, qardaşının ruhi xəstəliyinə dair həkim tərəfindən imzalanmış sənədləri nəzərə alaraq edam hökmü qanuna əsasən ləğv edilməlidir.

Meşkin Cəza Məhkəməsi 101-ci şöbəsinin başqanı Əli Muradiyanın imzaladığı hökmdə Hüsaməddin Fərzizadənin internet həmçinin bölgə ölkələrində nəşr etdiyi İslamdan İslama adlı kitabında İslam müqəddəslərini aşağıladığı irəli sürülüb.

Qardaşıma deyirlər ki, sən şiəlik əleyhinə, İslam əleyhinə yazmısan... Bu yazdığın buna bənzəyir ki, biri dindən çıxa və biri dini pisləyə.

Oyan News saytında nəşr edilən sənəddə yazılanlara görə, məhkəmə Fərzizadəni Şiəlikdən ayrılıb İbadilik (İbadiyya) firqəsinə qoşulduğu üçün mürtədlikdə günahlandıraraq onu edam və 74 zərbə şallağa məhkum edib.

Səid Fərzizadənin dediklərinə görə, həkimlərin qoyduğu diaqnoza əsasən qardaşının edam hökmü ləğv edilməlidir, ancaq hazırda məhkəmə tərəfindən yeni ittihamlar da irəli sürülüb.

Fərzizadə qardaşının mühakimə prosesində o cümlədən, vəkillə təmin edilmək mövzusunda çətinliklərlə üzləşdiyini bildirir. Onun dediklərinə görə, bu çətinliklərin bir hissəsi bütün kiçik şəhərlərdə müşahidə olunan problemlərdəndir.

XS
SM
MD
LG