Accessibility links

Yeni dönəm AKP hökümətində iqtisadiyyat, xarici siyasət və çözüm prosesi [Audio-Müsahibə]


Siyasi ekspert Hüseyn Zamanlı Amerikanın Səsi ilə söhbətdə Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) təşkil etdiyi yeni əksəriyyət höküməti dövründə siyasi və iqtisadi durum, xarici münasibətlər eləcə də, dondurulmuş çözüm prosesinin gələcəyini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:16:08 0:00

1 noyabr seçkilərinə AKP-nin gözlənilməz qələbəsində iqtisadi vədlərin də önəmli rol oynadığını ifadə edən Zamanlı hakim partiyanın keçən 10-15 il ərzində yürütdüyü iqtisadi siyasətlərə diqqət çəkərək partiyanın yenidən keçmişdəki əhatəedici inkişaf anlayışını gündəmə gətirəcəyi ehtimalından söz edir.

“AKP neo-liberal iqtisadiyyatı qullanaraq açıq bazara girdi, aşağı-yuxarı qapsayıcı/əhatə edici bir düşüncələri var idi və qapsayıcı olduğu üçün qalxınmağı başardı. Toplumun yaxın hafizəsi keçərlidir, toplum hər zaman 10-16 il öncəni rahat xatırlar...Ötən illərin iqtisadi böhranı da Türkiyəyə bəzi digər ölkələr kimi təsir etmədi,”- deyə Hacəttəpə Universitetində siyasət bölümünün məzunu söyləyir.

O, Ədalət və İnkişaf Partiyasının 2011-2012 illərində əhatəedici düşüncədən uzaqlaşdığını və 2013 ilinin dekabrında ortaya çıxan korrupsiya məsələsi də həmin düşüncənin geriləməsinin bir nəticəsi olduğu önə çəkir.

Son seçkilərin nəticəsi Türkiyənin xarici siyasətinə çox təsir etməyəcək. Çünki, Türkiyə çox daha öncədən Orta Doğu siyasətini biraz dəyişdirmək istəyirdi.
Hüseyn Zamanlı

Zamanlı hakim partiyanın əvvəllər yürütdüyü uğurlu iqtisadi siyasət və islahatları bərpa edəcəyinə dair söz verməsini doğru və faydalı bir qərar kimi dəyərləndirir.

Türkiyə-İran arasındakı iqtisadi və ticari münasibətlərin yaxın gələcəkdəki istiqamətini dəyərləndirən siyasi ekspert bu əlaqələrin həmçinin İran və güclü dövlətlər arasında əldə edilmiş nüvə anlaşmasının nəticələrinə bağlı olduğunu deyir.

Hüseyn Zamanlının söylədiklərinə görə, “son seçkilərin nəticəsi Türkiyənin xarici siyasətinə çox təsir etməyəcək. Çünki, Türkiyə çox daha öncədən Orta Doğu (Yaxın Şərq) siyasətini biraz dəyişdirmək istəyirdi.”

Türkiyənin Suriya məsələsinə dair siyasətini şərh edən ekspert İranın Suriya, İraq və Livan kimi ölkələrdəki ənənəvi nüfuzuna diqqət çəkərək İran faktorunun Türkiyə tərəfindən yaxşı dəyərləndirilmədiyini irəli sürür.

HDP deyəndə bütün bir HDP görənmərik. Burada bir PKK təsiri var, mühafizəkar kürdlər var, daha etniksəl ya daha sol əyilimli qrupların təsiri var... Məncə AKP ikinci dönəm çözüm sürəcində politika olaraq bunları ayıracaq.
Hüseyn Zamanlı

Hüseyn Zamanlı Türkiyə hakimiyyətinin PKK-nın həbsdə olan lideri Abdullah Öcalan və Xalqların Demokratik Partiyası (HDP) ilə bərabər yürütdükləri və hazırda dondurulduğu söylənilən çözüm prosesinin gələcəyi haqqında da Amerikanın Səsinin suallarını cavablandırıb.

“HDP Türkiyənin cənub şərqində AKP-nin önünə çıxdığı ən önəmli rəqibidir və 7 iyun seçkilərində də başarılı oldu. Amma HDP deyəndə bütün bir HDP görə bilmərik. Burada bir PKK təsiri var, mühafizəkar kürdlər var, daha etniksəl, ya daha sol əyilimli qrupların təsiri var. Yəni bir neçə qrup var ki, HDP-də təsirlidirlər. Məncə AKP ikinci dönəm çözüm sürəcində politika olaraq bunları ayıracaq. AKP-nin xeyrinədir ki, daha mühafizəkar kürdləri masaya gətirsin... Buna da Barzaniləşdirmə deyirlər..,” deyə o əlavə edir.

XS
SM
MD
LG