Accessibility links

Hüsnü Mübarək infarkt keçirdikdən sonra hospitala aparılıb


Misir təhlükəsizlik xidmətindən mənbələr xəbər verir ki, sabiq prezident Hüsnü Mübarək infarkt keçirdikdən sonra həbsxanadan hospitala aparılıb. O, hal-hazırda huşsuzdur və respiratordan nəfəs alır.

MENA dövlət xəbər agentliyi bundan əvvəl bildirib ki, Mübarəkin həkimləri sabiq liderin Qahirə şəhərinin cənubunda Maadi xəstəxanasına gətirilərkən kliniki ölüm keçirdiyini elan edib. Bəyanatda həkimlərin Mübarəkin ürəyi dayandıqdan sonra onu həyata qaytara bilmədikləri deyilir.

Hərbi rəsmilər Mübarəkin hal-hazırda süni respiratordan nəfəs aldığını və klinik ölüm keçirdiyini deməyin tez olduğunu bildiriblər.

XS
SM
MD
LG