Accessibility links

Hüsni Mübarək islahat komissiyaları yaradır


Hüsni Mübarək islahat komissiyaları yaradır

Hüsni Mübarək islahat komissiyaları yaradır

Misir hökuməti prezident Hüsni Mübarəkin demokratik islahatlar həyata keçirmək üçün komitələr təsis etdiyini deyir. Bu arada küçə nümayişləri üçüncü həftəyə daxil olur. Minlərlə anti-Mübarək fəal mərkəzi meydanı 15-ci gündür ki, zəbt edərək, prezidentin istefasını tələb edirlər. Vitse-prezident Ömər Süleyman bildirib ki, cənab Mübarək konstitutsional islahatlar hazırlama və həyata keçirmək üçün fərmanlar verib. O, deyib ki, cənab Mübarək həmçinin Qahirənin Təhrir meydanında bir neçə adamın ölümü ilə nəticələnən toqquşmaları araşdırmaq üçün komissiya yaratmağa göstəriş verib. Siyasi böhran başlanandan bəri Hüsni Mübarək dünən ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş xarici rəsmi ilə görüşüb.

XS
SM
MD
LG