Accessibility links

Hüsnü Mübarək prokurorluğa çağırıldı


Hüsnü Mübarək prokurorluğa çağırıldı

Hüsnü Mübarək prokurorluğa çağırıldı

Misirin ictimai prokuroru devrilmiş prezident Hüsnü Mübarəki nümayişçilərin ölümləri və qanunsuz pul mənimsəmə ittihamları ilə bağlı dindirmək üçün prokurorluğa çağırıb. Prokurorluq həmçinin cənab Mübarəkin oğlulları Qamal və Alanı korrupsiya ilə bağlı sorğu-sual edəcək.

Hüsnü Mübarək fevral ayında hakimiyətdən getdikdən bəri ilk dəfə mediada çıxış edib. Əl-Ərəbiyə telekanlına müsahibə verən cənab mübarək özünün və ailəsinin reputasiyasını qorumaq üçün “hüquqlarından” istifadə edəcəyini bildirib. Cənab Mübarək onun var-dövlətini araşdıran hökumət orqanları ilə əməkdaşlıq aparacağını söyləyib. Devrilmiş prezident əlavə edib ki, onun xaricdə bank hesabları və mülkiyyəti yoxdur.

Bir neçə həftədir ki, Qahirənin Təhrir meydanında toplaşmış nümayişçilər Hüsni Mübarəkin korrupsiyaya görə mühakimə olunmasını tələb edirlər.

XS
SM
MD
LG