Accessibility links

Hüsnü Mübarək Apellyasiya Məhkəməsində


Misirin sabiq prezidenti Hüsnü Mübarəkin yenidən keçirilən məhkəməsində hakim işi başqa məhkəmənin aparması barədə qərar çıxarıb.

Bu qərar 84 yaşlı Mübarəkin hospital xərəyində məhkəmə zalına gətirilməsindən qısa müddət sonra qəbul edilib.

Hüsnü Mübarək Ərəb Baharı hərəkatı zamanı yüzlərlə insanın ölümündə günahkar sayılaraq məhkum edildiyi ömürlük həbs cəzası qərarından apellyasiya şikayəti verib.

Keçən il məhkəmə onun və daxili işlər nazirinin 2011-ci ildə hakimiyyət dəyişikliyinə gətirib çıxaran hərəkat zamanı 1000-dən çox insanın ölümünün qarşısını almamaqda təqsirli bilib.
XS
SM
MD
LG