Accessibility links

Misirin hakimiyyətdən devrilmiş prezidenti Hüsnü Mübarəkin vəkili bildirib ki, o, tezliklə azadlığa çıxa bilər. Buna səbəb onun 2011-ci ildə hökumət leyhinə nümayişçiləri qətlə yetirməsinə dair ittihamların üzərindən götürülməsi və korrupsiya ittihamlarına görə cəzasının isə üçdə ikisini başa vurmasıdır.

86 yaşlı Mübarək hazırda hərbi hospitalda saxlanır. Ancaq onun vəkili Fərid Əl-Dib bildirib ki, sabiq Misir lideri yeni qanuna görə erkən azadlığa buraxıla bilər. Yeni qanuna görə, cəzasının üçdə ikisini çəkmiş məhkumlar azadlığa buraxıla bilər.

Misir rəsmilərinin sözlərinə görə, dünən məhkəmə Hüsnü Mübarəkin üzərindən 2011-ci ildə iğtişaşlar zamanı insanları qətl etdirməsinə dair ittihamı götürəndən sonra keçirilən etiraz nümayişi zamanı iki nəfər öldürülüb, 9 nəfər isə yaralanıb. Ancaq o, korrupsiya ittihamına görə təqsirli bilinib.

Bu gün yüzlərlə tələbə Misir boyu universitetlərdə etiraz aksiyaları keçirib. Qahirə Universitetinin tələbələri Mübarəkin dəmir barmaqlıqlar arxasındakı şəkillərini əllərində tutaraq rejimin devrilməsini tələb edib.

XS
SM
MD
LG