Accessibility links

Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib


Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edilib. O, hökumət əleyhinə nümayiş keçirən yüzlərlə insanın qətlində ittiham edilirdi. Hökmün oxunmasından az sonra sabiq prezident həbsxanaya aparılıb. Məhkəməyə isə Hüsnü Mübarək xəstəxanadan gətirilmişdi.

Etirazçılar onun xəstəxanada saxlanmasının əleyhinə idi. Mübarəkin vəkili Fransa xəbər agentliyinə bildirib ki, hökm apellyasiya ediləcək.

Misirin sabiq daxili işlər naziri ömürlük həbs cəzasına məhkum edilib. Mübarəkin iki oğluna isə bəraət qazandırılıb.

XS
SM
MD
LG