Accessibility links

Hüsnü Mübarəkin ölkədən çıxmasına qadağa qoyulub


Hüsnü Mübarəkin ölkədən çıxmasına qadağa qoyulub
Hüsnü Mübarəkin ölkədən çıxmasına qadağa qoyulub

Misrin baş prokuroru sabiq prezident Hüsnü Mübarək və onun ailəsinin ölkəni tərk etmələrinə qadağa qoyub. Hökumət sözçüsü verdiyi açıqlamada bildirilib ki, bu gün çıxarılan qərara əsasən, cənab Mübarəkin və onun ailəsinin hesabları da dondurulur. Media məlumatlarında cənab Mübarəkin sərvətinin milyardlarla dollar təşkil etdiyi bildirilir.

Misir prezidenti Hüsnü Mübarək fevralın 11-dən başlayaraq 18 gün davam edən genişmiqyaslı etirazlardan sonra vəzifəsindən istefa verməli oldu.

XS
SM
MD
LG