Accessibility links

Hüsnü Mübarək yenidən məhkəmə qarşısına çıxıb


Hüsnü Mübarək yenidən məhkəmə qarşısına çıxıb
Hüsnü Mübarək yenidən məhkəmə qarşısına çıxıb

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi yenidən bərpa edilib.

Məhkəmə binasının qarşısında təhlükəsizlik qüvvələr sabiq prezidentin tərəfdarları ilə müxalifləri arasında mümkün insidentin qarşısını almaq üçün gücləndirilmiş rejimdə fəaliyyət göstərib.

Cənab Mübarək əvvəlki məhkəmə iclaslarında olduğu kimi bu gün də xəstəxana çarpayısında gətirilərək, otağın içərisindəki geniş barmaqlıqlar arasında salınıb.

Sabiq prezident bu ilin əvvəli onun hakimiyyətdən devrilməsi ilə nəticələnən iğtişaşlar zamanı 850 nəfərin öldürülməsinə göstəriş verməsi barədə ittiham rədd edərək, günahkar olmadığını bildirib. O, habelə səlahiyyətdən sui-istifadə və korrupsiya ittihamları ilə üzləşir.

XS
SM
MD
LG