Accessibility links

Hüsnü Mübarəkin heykəli Azərbaycanda da yığışdırılıb


Hüsnü Mübarəkin heykəli Azərbaycanda da yığışdırılıb
Hüsnü Mübarəkin heykəli Azərbaycanda da yığışdırılıb

Heykəlin mərmər postamentindən Hüsnü Mübarəkin ərəb və latın qrafikasında yazılmış adları qaşınıb. Postamentin üzərinə Hüsnü Mübarəkin heykəlinin yerində qədim Misir mirzəsinin füquru qoyulub.

İyunun 8-də gecə saatlarında Azərbaycanda Misirin sabiq prezidenti Hüsnü Mübarəkin bir neçə il əvvəl Bakının 15 kilometrliyində yerləşən Xırdalan şəhərindəki parklardan birində qoyulmuş bürünc heykəli götürülüb. Heykəlin mərmər postamentindən Hüsnü Mübarəkin ərəb və latın qrafikasında yazılmış adları qaşınıb. Postamentin üzərinə Hüsnü Mübarəkin heykəlinin yerində qədim Misir mirzəsinin füquru qoyulub.
Bu ilin yazında Misirdə inqilab başlandıqdan və Hüsnü Mübarək devrildikdən sonra Azərbaycan demokratik ictimaiyyəti bu abidənin götürülməsini tələb edirdi. Lakin, rəsmi hakimiyyət buna məhəl qoymurdu, əksinə abidə mühafizə edilirdi.

Eyni zamanda, Xırdalan şəhər 9 saylı ərəb təmayüllü orta məktəbi Hüsnü Mübarəkin xanımı Syuzan Mubarəkin adını daşıyırdı. Artıq, məktəbin qarşısından Syuzan Mubarəkin adı yazılmış lövhə də götürülüb.

XS
SM
MD
LG