Accessibility links

Hüsnü Mübarəkin məhkəməsi davam edir

  • Amerikanın səsi

Hüsnü Mübarəkin məhkəməsi davam edir

Hüsnü Mübarəkin məhkəməsi davam edir

Nümayişçilərin qətllərində və səlahiyyətlərini aşmaqda ittiham olunan devrilmiş Misir prezidenti Hüsnü Mübarək bu gün yenidən məhkəmə qarşısına çıxarılıb.

Cənab Mübarək, onun iki oğlu, sabiq daxili işlər naziri və başqa yüksək rütbəli polis zabitləri korrupsiyadan tutmuş nümayişçilərin ölümlərinə qədər müxtəlif növ ittihamlarla üzləşirlər.

Müttəhimlərin vəkilləri yeni hakim tələb etdikdən sonra məhkəmə prosesi yubadılmışdı.

Məhkəmə sessiyaları arasında 83 yaşlı sabiq lider ürək xəstəliyinə görə hərbi hospitalda müalicə olunur.

XS
SM
MD
LG