Accessibility links

Hüsnü Mübarək sentyabr seçkilərinə qatılmayacağını deyib


Hüsnü Mübarək sentyabr seçkilərinə qatılmayacağını deyib
Hüsnü Mübarək sentyabr seçkilərinə qatılmayacağını deyib

Misir prezidenti Hüsnü Mübarək xalqa müraciətində sentyarb ayında seçkilərə qatılmayacağını deyib. O bildirib ki, prezident müddəti bitənə qədər ölkədə hakimiyyətin dinc keçidini təmin etmək üçün lazımi addımları atacaq. Misir prezidenti ölkədən getmək perspektivinə toxunmayaraq deyib:"Mən Misir torpağında öləcəm.

New york Times qəzetinin bildirdiyinə görə, ABŞ perzidenti Barak Obama cənab Mübarəkə deyib ki, o, yeni müddətəseçilmək üçün seçkilərə qatılmamalıdır.

Lakin Misir prezidentinin qərarının onun hakimiyyətdən getməsini istəyən yüz minlərlə insanın tələblərini təmin etdiyi hələlik aydın deyil. HÜsnü Mübarəkin çıxışından sonra bəzi nümayişçilər onun istefasını tələb edən şüarlar bağırıblar.

XS
SM
MD
LG