Accessibility links

Texas rəsmiləri bildirib ki, Fort Hood hərbi bazasında hərbi maşının çaya aşması nəticəsində maşında olan əsgərlərin beşi ölüb, dörd hərbçi isə itkin düşüb.

Səhər təlimləri zamanı iki ton çəkisi olan maşın Ovl çayının məcrasından çıxması nəticəsində suya qərq olduqdan az sonra üç cəsəd tapılıb. Cəsədlərin ikisi isə bir qədər sonra aşkar edilib.

Ordu rəsmiləri əsgərlərin adlarını açıqlamayıb. Xilasetmə dəstələri qayıqlarla maşında olan digər əsgərlərin axtarışını davam etdirir.

"Yüngül Orta Taktiki Maşın" adlandırılan bu maşın əsgər daşımaq üçün nəzərdə tutulub.

Fort Hood Hyustondan 320 kilometr şimal-qərbdə yerləşir. Bu ərazi ötən bir neçə gün şiddətli yağışlara məruz qalıb.

Qasırğa fəslinin rəsmi olaraq iyunun biri başlamasını nəzərə alaraq rəsmilər daha çox daşqından müdafiə məqsədi ilə hazırlıq işləri görür.

XS
SM
MD
LG