Accessibility links

Yəməndə ABŞ səfirliyinin avtomobilləri ələ keçirilib


Yəməndə Huti üsyançıları Amerika diplomatlarının ABŞ səfirliyinin bağlanması ilə əlaqədar ölkəni tərk etməsindən sonra səfirliyinin avtomobillərini ələ keçirib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki ABŞ-ın bu məsəlni araşdırdığını bildirib.

Psaki səfirliyin təhlükəsizliyi barədə açıqlama verməyib. O, ABŞ-ın səfirliyi əvvəl olduğu kimi görəcəyinə ümid etdiyini deyib.

Birləşmiş Ştatlar, Britaniya və Fransa Yəməndəki səfirliklərini təhlükəsizlik səbəblərinə görə bağlayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, səfirliyin işçiləri Yəmən paytaxtı Sənanın xaricinə köçürülüb. Britaniya səfirlik işçilərinin ölkədən çıxarıldığını, Fransa isə diplomatik missiyasının cümə günü bağlanacağını bildirib.

Yəmən aylardır siyasi qarışıqlıq içərisindədir. Keçən ay şiə Huti üsyançıları prezident iqamətgahını ələ keçirərək, prezident və kabinetin istefasını tələb edir.

XS
SM
MD
LG