Accessibility links

Yəməndə həbs edilən amerikalı jurnalist azad edilib


Yəməndə həbs edilən amerikalı jurnalist azadlığa buraxılıb. ABŞ Yəməndə həbs edilən digər amerikalıların azad edilməsinə çalışdığı vaxt müxbirin həbsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Azad edilən müxbirin adının Keysi Kuumbs olduğu və onun bu ilin əvvəli Huti üsyançıları Yəmənin paytaxtını ələ keçirdikdən sonra ölkədə fəaliyyət göstərən çox az sayda amerikalı müxbirdən biri olduğu ehtimal edilir.

ABŞ səfiri Kuumbs paytaxt Muskata çatdıqdan sonra Oman hökumətinə təşəkkürünü bildirib.

“Mən ABŞ vətəndaşının azad edilməsində Birləşmiş Ştatlar hökuməti ilə əməkdaşlıq etdiyinə görə Omanın lideri, sultan Qabusa minnətdarlığımı bildirirəm. Həbs edilən amerikalı hal-hazırda hərbi xəstəxanada omanlı həkimlərin nəzarəti altındadır. Mən bütün Oman vətəndaşlarına təşəkkür edirəm” -deyə səfir Qreta Holtz bildirib.

Kuumbsun azadlığa buraxılması xəbəri Washington Post qəzetinin dörd amerikalının Yəmən paytaxtı Sənada Hutilər tərəfindən saxlandığı haqda verdiyi məlumatın ardınca açıqlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG