Accessibility links

BMT Yəməndə ən yüksək humanitar böhran elan edib. Yəməndə əhalinin 80 faizdən çoxunun yardıma ehtiyacı var.

Yəməndə böhranın səviyyəsi dünən Şiə Huti üsyançılarının cənub Aden şəhərinə raket atması nəticəsində azı 31 nəfərin ölməsi və 100 nəfərin yaralanması ilə artıb.

Aden sakini Amin Abdulla günahsız sakinlər, qadın və uşaqların hücuma məruz qaldığını bildirib.

Huti üsyançıları ötən il paytaxt Sənanı ələ keçirib və Yəmən prezidenti Əbdül Rabu Mənsur Hadini Səudiyyə Ərəbistanına qaçmağa vadar edib.

Səudiyyə Ərəbistanı Hadi hökumətini bərpa etmək üçün hava hücumları həyata keçirən ərəb koalisiyasına başçılıq edir.

XS
SM
MD
LG