Accessibility links

ABŞ Huti üsyançılarının radar sistemlərini sıradan çıxarıb


ABŞ hərbi komandanlığının verdiyi məlumata görə, Yəməndə Huti üsyançılarının nəzarətində olan ərazidən cümə axşamı günü ABŞ hərbi gəmisinə atılan raket hücumuna cavab olaraq üsyançıların üç radar sistemi sıradan çıxarılıb.

ABŞ Dəniz Donanmasının yayımladığı videoda raketlərin USS Nitze gəmisindən atıldığı göstərilir.

Birləşmiş Ştatlar gələcəkdə bizim hər hansı gəmimizə və ticarət nəqliyyatımıza hədələrə cavab verəcək. Biz Qırmızı Dənizdə, eləcə də Bab əl-Mandebdə və dünyanın bütün başqa guşələrində naviqasiya azadlığını təmin edəcəyik.

Pentaqonun bəyənatında deyilir ki, hücumun hədəfi Yəmənin Qırmızı Dəniz sahillərində və Bab Əl-Mandeb boğazında yerləşən radar sistemləri olub. Bəyənatda bildirilir ki, radar sistemlərinin məhv edilməsi gələcəkdə gəmilərə ediləcək hücumların qarşısını alacaq.

Pentaqon sözçüsü USS Mason gəmisini hədəf alan raketlərə qarşı hücumu özünümüdafiə adlandırıb. Pentaqon gəmiyə zərər dəymədiyini və heç kimin xəsarət almadığını deyib.

"Birləşmiş Ştatlar gələcəkdə bizim hər hansı gəmimizə və ticarət nəqliyyatımıza hədələrə cavab verəcək. Biz Qırmızı Dənizdə, eləcə də Bab əl-Mandebdə və dünyanın bütün başqa guşələrində naviqasiya azadlığını təmin edəcəyik," Piter Kuk bildirib.

Huti üsyançılarının İran tərəfindən dəstəkləndiyi bildirilir.
Huti üsyançılarının İran tərəfindən dəstəkləndiyi bildirilir.

Dünən Pentaqon ABŞ hərbi gəmilərinin raket hücumlarına məruz qaldıqlarını bildirmişdi. Raketlər gəmilərə dəyməyərək, yaxınlıqdakı sulara düşüb.

Hədəflər USS MasonUSS Ponce gəmiləri olub. Eskadrilya minanosu Mason elektronik əks-tədbirlər görərək birinci hücumun qarşısını alıb. Ponce gəmisini hədəf alan ikinci mərmi isə özü-özlüyündə uğursuz olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG