Accessibility links

Huşyar Zebari: İraqdakı partlayışlar gərginliyi artırmağa xidmət edir


Huşyar Zebari: İraqdakı partlayışlar gərginliyi artırmağa xidmət edir
Huşyar Zebari: İraqdakı partlayışlar gərginliyi artırmağa xidmət edir

Xarici İşlər naziri deyib ki, çətinliklər olsa da İraq xalıq terroristlərin öhdəsindən gələcək. Əhali demokratik dəyişiklikləri dəstəkləyir.

İraqda son günlər baş verən terror aktları ABŞ qoşunlarının ölkəni tərk etməsi ilə bağlı deyil. Bu partlayışlar siyasi gərginliyi artırmağa xidmət edir və ölkədəki fikir ayrılıqlarından qaynaqlanır. Bu barədə İraqın xarici işlər naziri Huşyar Zebari Bakıda jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə, İraqda terrorçu qruplar mövcuddur. “Terrorçu qrupların əsas məqsədi ölkədə siyasi gərginliyi artırmaqdır. İraq hökumətinin və xalqının vəzifəsi isə demokratik cəmiyyət qurmaqdır. Çətinliklər olsa da biz terroristlərin öhdəsindən gələcəyik. İrada son demokratik seçkilər xalq tərəfindən dəstəklənir. Əhali demokratik dəyişiklikləri dəstəkləyir”, - o qeyd edib.

Xatırladaq ki, son günlər İraqda baş verən partlayışlar nəticəsində azı 69 nəfər ölüb, 180 nəfər yaralanıb.

XS
SM
MD
LG