Accessibility links

HİV-ə qarşı dərmandan virusa yoluxmamaq üçün də istifadə etmək mümkündür (VIDEO)


ABŞ hökumətinin maliyyələşdirdiyi həkimlər və alimlər panelinin sağlam insanlara HİV virusuna yoluxmamaq üçün QİÇS əleyhinə dərmanlardan istifadə etmək barədə məsləhət verməsi bir çoxlarına ABŞ-ın QİÇS-iz nəsil məqsədinə çatmasına çox yaxın olduğuna ümid verir.

ABŞ Ərzaq və Dərman Administrasiyası cümə axşamı QİÇS xəstələrini müalicə etmək üçün hal-hazırda istifadə edilən Truvada həbinin indi sağlam insanın HİV infeksiyasına yoluxmaması üçün də istifadə etmə faktlarını qiymətləndirmək üçün 12 saatlıq dinləmə keçirib. Müstəqil tibbi mütəxəssislərdən ibarət heyət səs çoxluğu ilə Truvadanın HİV infeksiyasına yoluxmadan müdafiə fikrini dəstəkləyiblər, və Ərzaq və Dərman Administrasiyasını dərmanın xəstəliyə yoluxma şansının çox olduğu hesab edilən insanların istifadəsi üçün təsdiqləməsinə çağırıb.

Keli Lindsey Milli Azlıq QİÇS Şurasının nümayəndəsidir.

Keli Lindsey: “Sağlam insan üçün HİV virusuna yoluxmamaq məqsədilə Truvadadan və ya xəstəliyə yoluxmamaq üçün profilaktikadan istifadə vəziyyətin tamamilə dəyişməsi deməkdir və fikrimcə bu, bizi növbəti səviyyəyə yüksəldir.”

Bəzi tənqidçilər Truvadadan istifadənin insanlarda saxta inam hissi yarada biləcəyini və bunun qoruyucudan istifadənin azalması ilə nəticələnəcəyini deyir. Lakin HİV üzrə maarifçi Bred Miller dərmanın təsdiqinin qoruyucudan istifadəni artıra biləcəyini düşünür.

Brent Miller: “İnsanların sağlamlıqlarını qorumaq üçün nə edə biləcəklərini öyrənmələri sağlamlıqlarını bərpa edə bilmələri üçün nə edə biləcəklərindən daha vacibdir.”

Lisanın həyat yoldaşı Treysi HİV müsbətdir. Onlar ABŞ-da tərəfdaşlardan birinin virusa yoluxduğu 140 000 cütlükdən birdir.

Treysi: “Bu qadın mənim xəstələnməyim deyil, mənim özüm haqda düşündü. Bilirsiniz, əksər insanlar xəstəlik barədə öyrəndikdə əks istiqamətdə qaçırlar.”

Lisa münasibəti kəsmək deyil, əksinə münasibətləri daha da yaxınlaşdırmaq, yəni ailə həyatı qurmaq və Truvadadan istifadə etmək qərarına gəldi.

Lisa: “Mən sağlam qalmaq istəyirdim ki, ona kömək lazım olduqda yanında olum. Ona görədə xəstəliyə yoluxmamaq üçün profilaktika ideyası üzə çıxanda mən çox sevindim.”

Treysi bu ideyanın tərfədarıdır.

Treysi: “Bu profilaktika çox kömək edir. Məncə bu HİV virusuna qarşı mübarizədə ən müsbət nəticədir.”

Hal-hazırda yeni profilaktika dərmanı üçün adı gözləmə siyahısında olan Lisa dərmanın qiymətindən narahatdır. Belə ki, dərmandan bir aylıq istifadə 1500 dollara başa gəlir.

O, profilaktikanın təsdiq ediləcəyinə və onunla eyni vəziyyətdə olan insanların da bu imkandan istifadə etməkləri üçün resursların əldə ediləcəyinə ümid bəsləyir.

ABŞ Ərzaq və Dərman Administrasiyasının panelin Truvada dərmanına dair məsləhəti ilə razılaşmaması hələ də mümkündür. Amma Administrasiya rəsmiləri HİV infeksiyasına yoluxmanın qarşısını almaq üçün daha çox işlərin görülməsinə dair qərar çıxarıb.

XS
SM
MD
LG