Accessibility links

HİV virusuna yoluxma halları 30 faiz azalıb


ABŞ-ın Milli Səhiyyə İnstitutunun alimi doktor Antoni Fauçi həyatının 30 ilini QİCS araşdırmalarına sərf edib. Onun dediyinı görə, azalmanın əsas səbəbi insanların müalicə almasıdır. "Yaxşı məlumdur ki, xəstəliyin müalicəsi yalnız həyatların xilası deyil, bu həm də partnyorunuzun cinsi yolla yoluxmasının da qarşısının alınmasıdır.”

Doktor Fauçu deyir ki, QİÇS-HİV dərmanlarının qiyməti ildə 10 min dollardan 140 dollara düşüb ki, bu hətta yoxsul ölkələr üçün məqbul rəqəmdir.
"Əgər xəstəliyin pisləşməsini gözləsək, onda dərman xərclərinin üstünə xəstənin qayğısına qalınması xərcləri də gələcək."

Genişmiqyaslı maarifləndirmə kampaniyası insanlara böyük yardım göstərib. Buraya qoruyucu vasitələr və narkomanlar üçün iynələrdən bir dəfə istifadə kimi metodlar daxildir.

Bu ölçülər qan və ya toxumlar yolu ilə yoluxma hallarının qarşısını alıb.
Oğlanların sünnət edilməsi də xəstəliyin yayılmasına mane olur.
İnfeksiya halları bütün yaş qruplarında müşahidə edilir. Bu fərq uşaqlar arasında daha çox nəzərə çarpır. Hamilə qadınıların anti-virus dərman preparatları qəbul etməsi onların uşaqları arasında xəstəlik göstəricilərini 5 faizdən aşağı salıb.
Bunun nəticəsi olaraq son 10 il ərzində HİV virusu ilə doğulan körplərin sayı 50 faiz azaldıb.

Ümumdünya səhiyyə rəsmiləri daha yüksək göstəricilərə nail olmaq istəyirlər.

Dr. Fauci deyir hər bir müalicə alan insanın qarşılığında 2 nəfər yeni xəstə qeydə alınır. Onların hamısı dərmanla təmin edilmir və onların heç də hamısı risk qtupuna daxil olduqlarından xəbərdar deyil. Afro-amerikalılar yüksək risk qrupuna daxildir. Amerika əhalisinin 12 faizini təşkil edən bu insanlar xəstələrin 50 faizini təşkil edir.

Dünyada 35 milyon insan HİV virusu daşıyıcısıdır.
XS
SM
MD
LG