Accessibility links

HİV virusuna yoluxan insanlar sağlam insanlar qədər ömür sürə bilər

  • Amerikanın səsi

HİV virusuna yoluxan insanlar sağlam insanlar qədər ömür sürə bilər

HİV virusuna yoluxan insanlar sağlam insanlar qədər ömür sürə bilər

Son aradırmaların nəticəsindən məlum olub ki, QİÇS-ə səbəb olan HİV virusuna yoluxan insanlar dərmanlar qəbul etməklə sağlam insanlar qədər ömür sürə bilər. Keti Benett 22 ildir ki, HİV infeksiyasını bir necə dərman kombinasiya ilə nəzarətdə saxlayır.“Mən özümü yaxşı və günclü hiss edirəm. Həyatda istədiyim hər şeyi edə bilirəm.”

Alimlər anti-retrovirus preparatlarının xəstələrin ömürünü 81 faiz uzatdığını deyirlər. Bu, Amerika və digər inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir. Lakin yoxsul ölkələrdə HİV-QİÇS hələ də bir çox insanın həyatı bahasına başa gəlir. Buna səbəb isə lazımi müalicəinin olmamasıdır. Anti-retrovirus preparatları son illər bir çox şeyi dəyişib. Son araşdırmaların nəticələri göstərib ki, Uqanda kimi ölkələrdə bu dərmanları qəbul edənlər sağlam insanlar kimi yaşaya bilir. Dərman preparatları qəbul edənlərin ömrü 55 ilədək uzanır. Araşdırmaların müəllifi dr. Edvard Mills: “Bu, Afrikada ömür uzunluğu ilə bağlı ilk araşdırmadır. Biz 20 yaşlı xəstənin daha 27 il yaşaya biləcəyini müəyyən etmişik. Bu, qadınlarda daha çox müşahidə edilir. Belə ki, kişilər xəstəliyin axırıncı stadiyasında müalicəyə müraciət edir.

Vaşintonda yerləşən Vitman-Volker Klinikasının baş həkimi dr. Rey Martins deyir ki, araşdırmaların nəticəsi sevindirici olub. “Bu məni təəccübləndirmədi, çünki Amerikada dərman qəbul edənlərin normal həyat yaşadıqlarını bilirdik. Mən dərmanların yan təsirinə diqqət verirəm. Hazırkı dərmanlar yan təsirlərinə malik olmadan effektivdir” .

Səhiyyə ekspertlərinin fikrincə, araşdırmalar inkişaf etməkdə olan ölkələrin ictimai sağlamlıq agentlikləri üçün yeni çətinliklər yaradır. Dünyada HİV-QİÇS-lə mübarizə sahəsində boşluqların aradan qaldırılması üçün maliyyə fondlarının necə paylanması da böyük sual doğurur.

XS
SM
MD
LG