Accessibility links

Əl-Qaidədən ayrılmış qrup tərəfindən idarə edilən sünni yaraqlılar İraqın Ənbar vilayətində daha iki şəhəri ələ keçirib.

Təhlükəsizlik rəsmiləri deyib ki, İraq-Şam İslam Dövləti (İŞİD) hazırda Rütbə və Anah şəhərlərinə nəzarət edir.

ABŞ İraqın franksiya liderlərini birləşdirmək üçün diplomatik təşəbbüsə başlayıb.

Dövlət katibi Con Kerri tərədaşlarla İraq məsələsini müzakirə etmək üçün Yaxın Şərq və Avropaya səfərə başlayıb. Cənab Kerri bu gün Misir və İordaniyaya səfər edəndən sonra gələn həftə Brüsseldə keçiriləcək NATO xarici işlər nazirləri toplantısına qatılacaq. Dövlət katibinin Paris səfəri isə regional tərəfdaşlar və Körfəz müttəfiqləri ilə görüşləri əhatə edəcək.

Dünən ağır artileriya ilə silahlanmış şiə döyüşdülər paytaxt Bağdadda parad keçiriblər. Paradın məqsədi İraqın bəzi şəhərlərini ələ keçirən sünni yaraqlılara güc nümayiş etdirmək olub.
XS
SM
MD
LG