Accessibility links

Şiə Houti üsyançıları dəstəkləyənlər intiharçı avtomabilinə tuş gəlib


Şiə Houti üsyançıları dəstəkləyənlər intiharçı avtomabilinə tuş gəlib
Şiə Houti üsyançıları dəstəkləyənlər intiharçı avtomabilinə tuş gəlib

Partlayış başqa bir avtomabil partlayışından iki gün sonraya təsadüf edib

Yəməndən məlumat verilir ki, şiə Houti üsyançıları dəstəkləyənlər Houti üsyançı mənəvi liderinin dəfn mərasiminə gedərkən intiharçı avtomabilinə tuş gəlib. Hadisə nəticəsində azı bir qəbilə üzvü həlak olub. Dünənki hücum Saada vilayətində baş verib. Ölənlərin və yaralananların dəqiq sayı müəyyən olmayıb. Partlayış Yəməndə izdihamlı şiə qrupunun dini bayrama səfəri zamanı baş vermiş başqa bir avtomabil partlayışından iki gün sonraya təsadüf edib. İki gün əvvəlki partlayışda azı 17 nəfər həlak olmuşdu. Çərşənbə günü baş vermiş hücum şimali Cavf vilayətində Qədir bayramında baş vermişdir. Bu Yəmən şiələrinin il ərzində ən müqəddəs bayramıdır. Rəsmilərin dediyinə görə hadisədə azı 15 dindar yaralanıb. Rəsmilər bildirib ki, dindarların əksəriyyəti 2004-cü ildən bəri hökumətə qarşı mübarizə aparan Houti üsyançılarını himayə edənlərdir. Şərhçilər bu hücumların Fevral ayında hökumətlə üsyançılar arasında əldə edilən atəşkəsi təhlükə qarşısında qoya bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG