Accessibility links

Amerikalı müsəlmanlar şəriət qanunlarına uyğun şəkildə ev ala bilər


Amerikada ev sahibi olmaq həyatın əsas amalı hesab edilir. Lakin bəzi əsl müsəlmanlar ev almaqdan imtina edir. Belə ki, İslamda sələm ödəmək günah hesab edilir.
İslam prinsiplərinə uyğun şəkildə alıcıları kreditlə təmin edən şirkətlərdən biri Guidance Residentialdır. Bu şirkət şəriət qanunlarına uyğun olaraq satışlardan faiz qazanmır. Sözdələşmə satış, icarə və ya partnyorluq razılığına əsasən tərtib edilir.
İslam bankları satış və ya icarə kontraktına əsasən əmlakı alır və müştərisinə satır. Partnyorluq razılığı isə həm bank, həm də alıcının birlikdə əmlak əldə etməsidir. Alıcı tədricən bankın pulunu ödəyir və əmlaka sahib olur.
Bu şirkətlərin fəaliyyətini İslamda satışdan gəlir əldə edilməsinin günah hesab edilməməsi mümkün edib. Ev alıcıları isə sələm ödəmədikləri üçün özlərini günahsız hesab edir.
Şəriət maliyyələşdirilməsi son on ildə ev satışlarından 3 milyard dollar gəlir əldə edib. Bu, Amerikanın ümümi əmlak satışının cüzi bir hissəsini təşkil etsə də, insanların vicdanlarını təmiz hiss etmələrinə xidmət edir.

XS
SM
MD
LG