Accessibility links

ABŞ səfirliyi: Hər bir ölkənin inaqurasiya dəvəti fərqlidir


Prezident İlham Əliyev

Prezident İlham Əliyev

Amerika səfiri prezidentin inaqurasiya mərasiminə dəvət edilməyib. Çoxsaylı Qərb dövlətlərinin, MDB ölkələrinin səfirləri, eks-prezident də inaqurasiyaya dəvət almayıb

ABŞ-ın Azərbaycandakı səfiri Azərbaycan prezidentinin inaqurasiya mərasiminə dəvət edilməyib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bununla bağlı Amerikanın Səsinin sorğusunun cavabında bildirib:

“Biz başa düşürük ki, başqa diplomatik missiyaların nümayəndələri də inaqurasiya mərasiminə dəvət olunmayıb. Biz başa düşürük ki, hər bir ölkənin inaqurasiya dəvəti ilə bağlı protokol prosedurları fərqlidir”, deyə mətbuat xidməti qeyd edib.

Amerikanın Səsinə bəlli olub ki, bir sıra qərb dövlətlərinin və MDB ölkələrinin səfirləri də inaqurasiya mərasiminə dəvət edilməyib. Bunu Amerikanın Səsinin sorğusuna səfirliklər təsdiq edib.

Maraqlıdır ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov da inaqurasiya mərasiminə dəvət edilməyib. Mütəllibovun özü Amerikanın Səsinə inaqurasiyaya dəvət edilmədiyini bildirib.

Öz növbəsində, Azərbaycanın dövlət informasiya agentliyi AzərTAc, o cümlədən media yazır ki, inaqurasiya mərasimində Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak edib.
XS
SM
MD
LG