Accessibility links

İbrahim İbrahimli: Bu toplumun inqilaba, hakimiyyətin əksinqilaba köklənməsinin göstəricisidir [Video-Müsahibə]


İstiqlalçı deputat Amerikanın Səsinə müsahibəsində Naxçıvanda fiziki zorakılığa məruz qalmasından danışıb

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, istiqlalçı deputat İbrahim İbrahimli Amerikanın Səsinə müsahibəsində Naxçıvanda fiziki zorakılığa məruz qalması, bunun səbəbləri, sifarişçiləri barədə danışıb.

İbrahimli bacısı oğlunun yas mərasimində iştirak edərkən özünü Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən oğurlanıb, sonra başına torba keçirilib, İranla sərhəddə Araz çayının sahilində Duzdağ deyilən yerdə döyülüb, təhqir edilib və sonra çöllükdə atılıb.

Mənim fiziki zorakılığa məruz qalmağım rejimin ümumi siyasətinin tərkib hissəsidir.
O fiziki zorakılığa məruz qalmasını rejimin ümumi siyasətinin tərkib hissəsi sayır. Belə hadisələr bundan önə də olub.

“Belə hadisələr əslən Naxçıvandan olan Novella Cəfəroğlunun, Sərdar Cəlaloğlunun, Səxavət Əlisoyun, onun qardaşlarının, Sülhəddin Əkbərin və çoxsaylı digər ictimai-siyasi xadimlərin də başına gəlib. Son dövrlər dindarların, NİDA-çı gənclərin həbsi də bu sıradandır”.

Onun fikrincə, ölkədə siyasi rejimi dəyişmək uğrunda mübarizə aparanlar repressiyalara məruz qalır.

İbrahimli fiziki təzyiqə məruz qalması ilə bağlı sifarişi siyasi rəhbərliyin verdiyini güman edir.

Ölkədə İlham Əliyevin, Prezident Administrasiyasının sifarişi olmadan kim belə iş görə bilər? Təbii ki, bu sıraya Vasif Talıbovu da əlavə etmək olar.
“Ölkədə İlham Əliyevin, Prezident Administrasiyasının sifarişi olmadan kim belə iş görə bilər? Təbii ki, bu sıraya Vasif Talıbovu da əlavə etmək olar. Məni oğurlayanlar buyruq yerinə yetirənlərdir”, o qeyd edib.

Özünə qarşı təzyiqlərə gəlincə İbrahimli deyib ki, onu oğurlayanlar daimi telefonla danışıb məlumat veriblər.

“Duzdağda hiss etdim ki, daha bir avtomobil gəldi. Gözüm açıq olan vaxt avtomobildə dörd nəfər idilər”.

Onun fikrincə, ölkədə ictimai-siyasi durum gərginləşməkdə davam edir. Belə repressiyalar vəziyyəti bir qədər də gərginləşdirir.

“Son dövrlər repressiv köhnə metodlar, üsullar daha kəskin xarakter alıb
“Son dövrlər repressiv köhnə metodlar, üsullar daha kəskin xarakter alıb. Bu toplumun inqilaba köklənməsi, hakimiyyətin isə əksinqilaba köklənməsinin göstəricisidir. Bu Azərbaycan bütün bölgələrində, o cümlədən də Naxçıvanda baş verir”, o qeyd edib.

İbrahimli, ona qarşı fiziki zorakılığın araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edib.

Show comments

XS
SM
MD
LG