Accessibility links

Rusiya məhkəməsi MTN əməkdaşının Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib


İbrahim Musayev
İbrahim Musayev

İbrahim Musayev təhlükədən xilas olmaq üçün Rusiyaya qaçdığını bildirir

Sentyabrın 2-də Rusiyanın Yaroslav vilayət məhkəməsi Yuri Zuyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının (NMR) Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı İbrahim Musayevin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib, Xəbəri “Kavkazski uzel” xəbər portalı yayıb.

Naxçıvan hakimiyyətinin Türkiyədə kürd terrorçularına silah ixracı ilə məşğul olduğunu bəyan edən Musayev Azərbaycanda fırıldaqçılıqda ittiham olunur. Bu barədə Musayevin vəkili bildirib.

İbrahim Musayev Naxçıvandan Türkiyəyə müntəzəm olaraq kürd terrorçuları üçün döyüş sursatları və silah daşıyan nəqliyyat göndərilməsinə aid dəlilləri olduğunu, habelə İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılan Turac Zeynalovun Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində öldürüldüyünü bildirir.

31 yaşlı Turac Zeynalovun doğmaları onun 24 avqust 2011-ci ildə dövlətə xəyanət ittihamı ilə həbs edildiyini və dörd gün sonra Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyində məruz qaldığı işgəncələr nəticəsində öldüyünü bildiriblər.
Bu idarə Zeynalovun öldüyünü etiraf edib, lakin işgəncələri inkar edib. Doğmalarına verilmiş tibbi arayışa əsasən, Zeynalov “ağ ciyər arteriyası trombundan” ölüb, amma sonradan NMR MTN KİV üçün məlumatla çıxış edərək, Zeynalovun xərçəng xəstəliyi nəticəsində öldüyünü bəyan edib.

Musayevin sözlərinə görə, NMR nazirliyində ona Zeynalovun həyat yoldaşını rüsvay etmək tapşırığı verilib və o, onunla sevgi münasibətləri quraraq bunu edib. Daha sonra gənc qadın şantaj yolu ilə kamera qarşısında ərinin xərçəng xəstəsi olduğunu və bu səbəbdən öldüyünü deməyə məcbur ediblər. Lakin bir müddət sonra qadın MTN rəhbəri Vəli Əsgərova zəng edib və nazirlik əməkdaşının onu şantaj etdiyini və indi jurnalsitlərə və hüquq müdafiəçilərinə həqiqəti deyəcəyini bildirib. Musayevin sözlərinə görə, həmin vaxt ona Zeynalovanı öldürməyi əmr ediblər, lakin o, bundan imtina edib və Azərbaycandan qaçıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG