Accessibility links

İsveçrəli səyyah və macəra həvəskarı İv Rossi öz məşhur uçuş kostyumunda Yaponyanın Fuji dağı yaxınlığında ilk uçuşunu həyata keçirib.

“Jetman” kimi tanınan Rossi dörd mühərrikli qanada malik kostyumda uçuşu həyata keçirməklə Fujinin dağının dünya mədəniyyət mirasları siyahısında salınmasını təntənə edib.

O, dağın ətrafında doqquz uçuş həyata keçirib.

Rossi bu kostyumla saatda 306 kilometrə qədər məsafə qət edə bilər. Qanadlı kostyum ona 3 min 657 metr yüksəkliyə və 15 kilometr uzağa uça bilmək imkanı verir.

2004-cü ildən başlayaraq 54 yaşlı Rossi Fransa və İngiltərə arasında La Manş kanalı, İsveçrədə Alp dağları və ABŞ-da Böyük Kanyon üzərindən uçub.

Kostyumun qanadlarının çəkisi 55 kiloqram, dörd mühərrikli motorunun ağırlığı isə 22 kiloqramdır. Kostyum 10 dəqiqə uçuş üçün kifayət qədər yanacaq daşıya bilir.

Rossi uçuşu həyata keçirmək vertolyotdan tullanmalı və yerə isə paraşütdən istifadə edərək enməlidir. Kostyumun qanadları onu havaya qaldırmaq üçün kifayət qədər gücə malik deyil.

XS
SM
MD
LG