Accessibility links

"Meriland Dondurma Yarmarkası" mövsümünə başlayıb


Dondurmanın ləzzətini heç nə verməz - əsasən də yay aylarında. Hazırlandığı yerdən alanda isə onun xüsusi ləzzəti olur. Hər il yay fəslində Merilend ştatındakı süd fermasına dondurma yemək üçün çox sayda insan gəlir.

Bu yay istirahət günlərində təzə düzəldilmiş dondurma yemək üçün Rocky Point yağ zavoduna həm uşaqlar, həm də böyüklər gəlir. Müştəri Cim Braun onlardan biridir.
“Mən şokoladlı dondurma sevirəm. Biz buradakı dondurmanı sevirik. Biz burada dondurma yemək üçün maşınla 24 kilometr yol qət edirik.”

Cim Braunun ailəsi yağ zavoduna hər yay gəlir və bu bir ənənəyə çevrilib. “Biz bir, iki, üç. dörd, yeddi dənə aldıq. Bu bizim səhər yeməyimiz olacaq. Deməli günümüz də xoş keçəcək.”

Rocky Point yağ zavodu Frederik qraflığındadır və Merilend ştatındakı 8 dondurma hazırlayan zavodlardan biridir. Merilend ştatının kənd təsərrüfatı naziri Baddi Hans: “Biz “Merilend Dondurması Yarmarkası"na 3 il əvvəl başlamışıq. Bununla biz insanların Merilenddə süd sənayesi ilə yaxından tanış olmalarına şərait yaratmış olururq. Bizim 476 süd fermamız var və keçən il bu sənaye 201 milyon dollar gəlir gətirib.”

Rokki Point ferması hər gün 200 inəkdən 40 litir süd hasil edir. Bunun 70 faizi müxtəlif növ dondurmanın istehsalına sərf edilir. Çak Frayın ailəsi bu fermanı 1883-cü ildən bəri işlədir. “Dondurma istehsalı doğrundan da bizim biznesə kömək edir. Bu, bizim kimi ferma sahiblərini bir araya gətirərək, biznesimizi genişləndirə və dünyaya nələr etdiyimizi nümayiş etdirməyə imkan verir” - deyə, o bildirir.

Dondurma yarmarkası yaxından və uzaqdan olan insanları cəlb edir. “Biz Vaşinqton şəhərindən şəlmişik. Yollar da gözəldir. İndi dondurmamızı yeyirik. Sonra isə fermanı gəzəcəyik.” - deyə, Alisa Veyner adlı müştəri bildirir.

Alisa Veyner oğlunun da burada biliyini artırdığını deyir. “O, inəklər və süd haqda hər şeyi bilmək istəyir.”

Buradan 30 km-lik məsafədə, Cənub Dağları fermasındakı yağ zavodunda 40 növ dondurma hazırlanır. Müştərilər inəklərin sağılma prosesini görə bilir, buzovlara butulkalarla süd verə bilirlər. Rendi Souvers fermanın sahibidir. “Bura insanları cəlb edir. İnsanların bundan xoşları gəlir, uşaqların da, Gündə 4 saat biz məşğul oluruq və o zaman müştərilər buzovlara yem verə bilir.”

Burada əylənmək də olur. Müştərilər “Dondurma Yarmarkası”nın möhürlü pasportunu ala, 8 süd fermasından birini seçərək oradakı priz müsabiqəsində iştirk edə və hədiyyə qazana bilər. May ayının sonundan sentyabrın ortalarına qədər davam edən “Merilend Dondurma Yarmarkası”nda onlarla növ dondurmanın dadına baxmaq olar.
XS
SM
MD
LG