Accessibility links

Beynəlxalq Böhran Qrupu Qarabağda yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib


Azərbaycan, Ermənistan və Rusiya prezidentləri 2010-cu il Oktyabrın 27-sində Xəştərxandakı görüşlərində məsələni müzakirə etdilər
Azərbaycan, Ermənistan və Rusiya prezidentləri 2010-cu il Oktyabrın 27-sində Xəştərxandakı görüşlərində məsələni müzakirə etdilər

Danışıqlarda əhəmiyyətli irəliləyişin olmamasından narahatlığını ifadə edən qrup bildirir ki, Azərbaycanın hərbi büdcəsinin artması bu ölkəni zor gücünə itirilmiş əraziləri geri qaytarmağa sövq edə bilər

Beynəlxalq Böhran Qrupu son hesabatında (açıqlamasında) Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edib. Qrup müharibənin qarşısını almaq üçün bir sıra tövsiyələrlə çıxış edir. Mərkəzi Brüssəldə yerləşən təşkilatın açıqlamasında deyilir ki, keçən il ərzində Azərbaycanla Ermənistan arasında münasibətlər daha da pisləşib və iki tərəf də hərbi imkanlarını artırıb. Bu isə iki Cənubi Qafqaz respublikası arasında yeni bir hərbi konflikt başladığı təqdirdə bunun 1994-cü ildə ateşkəs razılığı ilə başa çatan birinci müharibədən daha çox insan tələfatı və dağıntıya səbəb olacağı deməkdir.

Sənəddə deyilir ki, hətda tərəflərdən biri cəbhə boyu geniş miqyaslı hücuma keçməsə belə iki ölkəninn qoşunları arasında təmas xəttində arabir başverən kiçik atışmalar nəzarətdən çıxa bilər. Beynəlxalq Böhran Qrupu açıqlamasında Birləşmiş Ştatlar, Avropa Birliyi, Rusiya və Türkiyəni hadisələrin belə bir istiqamətdə gedişinin qarşısını almaq üçün addımlar atmağa çağırır.

Danışıqlarda əhəmiyyətli irəliləyişin olmamasından narahatlığını ifadə edən qrup bildirir ki, Azərbaycanın hərbi büdcəsinin artması bu ölkəni zor gücünə itirilmiş əraziləri geri qaytarmağa sövq edə bilər. Öz növbəsində Ermənistan belə bir təhlükənin qarşısını almaq üçün qabaqlayıcı hücum əməliyyatlarına başlaya bilər. Qrup Azərbaycanın 95 min, ermənilərin isə 70 minlik əsgəri qüvvəyə malik olduğunu təxmin edir.

Müharibə təhlükəsini sovuşdurmaq üçün BBQ tərəfləri əsas prinsiplər üzərində razılığa gəlməyə və qızışdırıcı ritorikya son qoymağa çağırır. Etimadqurucu səylər sırasında habelə cəbhə xəttindən snayperlərin yığışdırılması, Ermənistan vətəndaşlarının əsgər qismində Dağlıq Qarabağa göndərilməməsi və Ermənistan vətəndaşlarının işğal edilmiş ərazilərdə məskunlaşmaması tövsiyə olunur. Qrup habelə beynəlxalq ictimaiyyəti, ələlxüsus ATƏT Minsk qrupunu vasitəçilik səylərini gücləndirməyə və regionda silah yarışına son qoymaq üçün tədbirlər görməyə çağırır.

XS
SM
MD
LG