Accessibility links

İctimai Palata buraxıla bilər


İctimai Palata
İctimai Palata
Müxalifət qüvvələrini birləşdirən İctimai Palata buraxıla bilər.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Amerikanın Səsinə bu barədə düşüncələr olduğunu deyib.

O, əlavə edib ki, yaxın günlərdə buna aydınlıq gətirilə bilər.

Müxalifət qüvvələrinin birliyi olan Milli Şura formatını daha uğurlu saydığını deyən P.Hüseyn eyni məzmunlu iki qurumun paralel fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb.

Seçim qarşısında qalındığı halda Milli Şuranın saxlanmasını daha əsaslı hesab edib.
Xalq Cəbhəsi Partiyasının funksioneri Nurəddin Məmmədli də müxalifətin böyük koalisiyasının yaradılmasında İctimai Palatanın rolu olduğunu qeyd edib.

Amma Milli Şuranı daha böyük birlik sayaraq, İctimai Palatanın buraxılmasının mümkünlüyünü vurğulayıb.

İctimai Palata 2010-cu ilin parlament seçkilərinin nəticələrinə etiraz olaraq 2011-ci ilin fevralında müxalifətin aparıcı partiyaları, ölkə ziyalıları tərəfindən təsis edilib.

Qurumun əsas məqsədi 2010-cu il parlament seçkilərinin nəticələrinin ləğv olunması və yeni parlament seçkilərinin keçirilməsi idi. 2011-ci və 2012-ci illərdə qurum bri neçə kütləvi aksiya keçirdi.

İctimai Palatanın 2013-cü ilin iyununa kimi müxalifətin aparıcı qüvvəsi olaraq aktiv fəaliyyət göstərib.

2013-cü ilin prezident seçkilərilə bağlı Demokratik Qüvvələrin Milli Şurası forrmatında daha geniş müxalif qüvvələr birliyi təsis edilib. Tanınmış yazıçı Rüstəm İbrahimbəyov qurumun sədri seçilib.

Tarixçi-professor Cəmil Həsənli 2013-cü ilin prezident seçkilərində Milli Şuranın prezidentlyə namizədi olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG