Accessibility links

“İctimai dialoqlar” - ilk Azərbaycan-Ermənistan saytı


İctimai dialoq-Azərbaycan və Ermənistan saytı

İctimai dialoq-Azərbaycan və Ermənistan saytı

Azərbaycan Sülh və Demokratiya İnstitutu və Ermənistanın “Region” Araşdırma Mərkəzi “İctimai dialoqlar” saytını yaradıb

Azərbaycan Sülh və Demokratiya İnstitutu (SDİ) və Ermənistanın “Region” Araşdırma Mərkəzi “İctimai dialoqlar” saytını (http://www.publicdialogues.info) yaradıb. Saytın rəsmi təqdimatı yanvarın ortalarında Yerevanda və Bakıda keçiriləcək.

Bu, Leyla Yunus və Laura Bağdasaryanın rəhbərlik etdiyi iki QHT-nin – SDİ və “Region” Araşdırma Mərkəzinin çoxillik əməkdaşlığı nəticəsində yaradılmış ilk Azərbaycan-Ermənistan saytıdır.

Sayt bu ilin sentyabrından fəaliyyət göstərir. SDİ-nin rəhbəri L.Yunus Turan agentliyinə bildirib ki, bu veb-resurs hər iki ölkənin jurnalistləri, ekspertlər, siyasətçilər, vətəndaş cəmiyyətinin fəalları üçün İnternet-diskussiya və mətbuat konfransları üçün meydandır.
2005-ci ildən sözügedən QHT-lər birgə informasiya layihəsini həyata keçirir. Əsas ideya ondan ibarətdir ki, Ermənistan və Azərbaycan cəmiyyətinin nümayəndələri məlumatı ilkin mənbədən alsın.

Əvvəlcə layihə “paralel müsahibələr”in aparılmasından ibarət olub. Belə ki, Azərbaycan və Ermənistandan olan jurnalistlər öz ölkələrinin ekspertlərinə, siyasətçilərə, vətəndaş cəmiyyəti fəallarına müəyyən mövzular üzrə eyni sualları verib.

Həmin müsahibələrin mövzuları rəngarəng olub və insan hüquqları, ədalət mühakiməsi, həmkarlar ittifaqları, kino sənəti, turizm və s. aid olub. Əlbəttə ki, Qarabağ münaqişəsi əsas yeri tutub. Münaqişə müxtəlif rakurslardan işıqlandırılıb – veteranların və müharibə əlillərinin, siyasətçilərin, tələbələrin baxışları.

Sonradan İnternet-konfransların keçirilməsinə başlanılıb. Bu zaman Azərbaycan və Ermənistandan olan jurnalistlər qonşu ölkələrdən - Gürcüstan, Türkiyə, Rusiyadan olan siyasətçilərə, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinə birbaşa sual vermək imkanlarına malik olub. Əvvəlki illərə dair bütün materiallar saytın resurs bazasına daxil edilib.

Bundan əlavə, saytın yaradılması ilə video yerləşdirmək imkanları yaranıb. Belə ki Azərbaycan tərəfindən aktual olan problemlər – toplaşma azadlığının pozulması, əsasən dinc nümayişlərin dağıdılması, abadlıq işləri adı altında adamların zorla evlərindən çıxarılması barədə iki videomaterial hazırlanıb.

Bundan əlavə, saytda iki ölkə QHT-nin digər birgə layihələri haqda məlumat var. Həmçinin xəbərlər bölməsinin açılması planlaşdırılır.

Saytda digər bir yenilik orada iki ölkənin tarixinə dair materialların yerləşdirilməsi olacaq. Saytın Facebook sosial şəbəkəsində öz səhifəsi var

(https://www.facebook.com/login.php?next=https%3A%2F%2Fwww.facebook.com%2FPublicDialogues%3Fref%3Dhl).

Layihə Böyük Britaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
XS
SM
MD
LG